Vətən Müharibəsinin təcrübəsi ilə xüsusi təyinatlı bölmələrin təlimi keçirildi - VİDEO
Gündəm / Video
Oxunub: 57
18 Ara 2021 | 20:26
Vətən Müharibəsinin təcrübəsi ilə xüsusi təyinatlı bölmələrin təlimi keçirildi - VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib.

Esgerqardasim.az xəbər verir ki, təlimə cəlb edilmiş xüsusi təyinatlı bölmələrə qərargahlar tərəfindən verilmiş tapşırıqlar 44 günlük Vətən Müharibəsində qazanılan döyüş təcrübəsinin tətbiqi ilə icra edilib.

Təlimin planına əsasən "Həyəcan" siqnalı ilə qaldırılan xüsusi təyinatlı bölmələrə təxribat hazırlığında olan şərti düşmənin terror qruplaşmasının zərərsizləşdirilməsi və eyni zamanda qruplaşmanın rəhbərinin sağ olaraq ələ keçirilməsi tapşırığı verilib.

Müxtəlif üsullarla təmas xəttini gizli şəkildə keçərək dağ aşırımlarından və ərazinin çətin keçiləbilən relyefindən istifadə edən xüsusi təyinatlılarımız düşmənin terror fəaliyyətləri planlaşdırdığı obyektə koordinasiyalı irəliləmə ilə yaxınlaşıb.

Vizual müşahidə və havadan kəşfiyyat aparmaqla komandirlər tərəfindən düşmən obyekti qiymətləndirilib və basqın həyata keçirilib.

Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin hərbi texnikası pusquya salınaraq sıradan çıxarılıb.

Yaxın məsafəli döyüşdə yaralanmış hərbi qulluqçuya döyüş yoldaşları tərəfindən ilk tibbi yardım göstərilib və təxliyyə edilib.

Çətin dağlıq şəraitdə aparılan antiterror əməliyyatı zamanı terror qruplaşmasının rəhbəri sağ olaraq ələ keçirilib və təxribatın planlaşdırıldığı obyekt sıradan çıxarılıb.

Tapşırıqları yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirən xüsusi təyinatlılarımızın nəqliyyat-döyüş helikopteri vasitəsilə təxliyyəsi həyata keçirilib.
12-11-2022, 13:54
Naxçıvan daha bir alimini itirdi- Həmid Arzulu 83 yaşında dünyasın dəyişdi
12-11-2022, 12:04
Kamaləddin Qafarov: “ Konstitusiyamız milli maraqların təmin olunmasına xidmət edir”
12-11-2022, 11:50
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
11-11-2022, 17:47
“Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”
11-11-2022, 12:40
“Ermənistan və havadarları Əliyevin sərt ritorikasından nəticə çıxarmalıdır”
11-11-2022, 12:22
Kamaləddin Qafarov: “Şuşa Zəfərimizin məhək daşıdır”
10-11-2022, 16:52
Deputat Jalə Əhmədova: “2020-ci il noyabrın 10-da imzalanmışÜçtərəfli Bəyanatrəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu”
10-11-2022, 16:22
Cavanşir Feyziyev: Şuşanın azad edilməsi Qarabağın düşməndən xilası uğrunda mübarizənin son akkordu oldu
10-11-2022, 12:51
Deputatlardan Azərbaycan gəncliyinə MƏSLƏHƏT
10-11-2022, 10:19
Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”
9-11-2022, 15:55
Erməni havadarlarına qəti cavab –VİDEO
9-11-2022, 11:19
Kamaləddin Qafarov: “Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq!”
8-11-2022, 13:51
Zəfər dolu 44 gün
8-11-2022, 10:17
Dövlət Bayrağı Gününə sevgi
7-11-2022, 15:26
Şəhid leytenantın ailəsi ziyarət olundu
7-11-2022, 14:02
Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə ziyarətini davam etdirir
7-11-2022, 11:43
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
7-11-2022, 11:13
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”
6-11-2022, 21:25
Səbinə Xasayeva Zəfər Gününə həsr olunan mərasimdə iştirak edib – FOTO
6-11-2022, 20:54
Kamaləddin Qafarov: “Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı genişlənəcək”
6-11-2022, 11:29
Əvvəlcə söz olub…
5-11-2022, 12:46
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR
5-11-2022, 12:32
“Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” kitabı nəşr edildi
5-11-2022, 11:24
Quruculuq işlərində də Zəfər qazanılacaq
5-11-2022, 10:51
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
4-11-2022, 23:13
Azərbaycan bundan sonra da bəşəri dövlətlərin sırasında olacaq
4-11-2022, 11:52
" Azərbaycan ərazilərini özü bərpa edəcək" - Millət vəkili