Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
Gündəm
Oxunub: 60
5 Kas 2022 | 10:51
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -FotolarNoyabrın 4-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin Zəfər Günü ilə bağlı təşkil etdiyi tədbirdə iştirak etdim.
İlk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyduq, Vətənimiz uğrunda canından keçmiş qəhrəmanlarımızın uyuduğu Şəhidlər xiyabanını ziyarət etdik.
Sonra isə Salyan şəhər 2 saylı tam orta məktəbdə şagirdlərin Azərbaycanımızın qələbəsinə, Zəfər Gününə və Şuşa ilinə həsr edilmiş əl işləri, eləcə də İT sahəsini əhatə edən texnoloji bacarıqları ilə tanış olduq.
8 Noyabr – Zəfər Gününə həsr edilmiş tədbir, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan Regional Təhsil İdarəsi müdiri Sənan Mənsimli, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov, YAP rayon təşkilatlarının sədrləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri, rayon təhsil sektoru müdirləri, məktəb direktorları, şəhid ailələri və qazilərin iştirakı ilə məktəbin akt zalında davam etdi.
Salyan RİH-in başçısı Sevindik Hətəmov, Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxışlarında hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan şanlı tarixi qələbəmizdən, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Möhtəşəm Zəfərə imza atan Ordumuzun qüdrətindən, şəhadətə yüksələn və sağlamlığını itirən əsgər və zabitlərimizin qəhrəmanlığından söz açdılar.
Çıxışımda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Şanlı Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı sayəsində qazandığımız Möhtəşəm Qələbənin Azərbaycan xalqına yaşatdığı qürur hisslərindən, şəhid və qazilərimizin qəhrəmanlığından danışdım. Bildirdim ki, düşmənə qan uddurmuş igidlərimizin cəsurluğu, döyüş meydanında nümayiş etdirdikləri şücaətlər gələcək nəsillər üçün örnək, Vətənə sevgini, vətənpərvərliyi, torpağına bağlılığı aşılayan qəhrəmanlıq məktəbidir. Azərbaycan xalqına misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh hissləri yaşatmış qəhrəmanlarımızın əziz xatirələri daim qəlbimizdə yaşayacaqdır.
Jalə Əhmədova
Millət Vəkili
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
12-11-2022, 13:54
Naxçıvan daha bir alimini itirdi- Həmid Arzulu 83 yaşında dünyasın dəyişdi
12-11-2022, 12:04
Kamaləddin Qafarov: “ Konstitusiyamız milli maraqların təmin olunmasına xidmət edir”
12-11-2022, 11:50
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
11-11-2022, 17:47
“Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”
11-11-2022, 12:40
“Ermənistan və havadarları Əliyevin sərt ritorikasından nəticə çıxarmalıdır”
11-11-2022, 12:22
Kamaləddin Qafarov: “Şuşa Zəfərimizin məhək daşıdır”
10-11-2022, 16:52
Deputat Jalə Əhmədova: “2020-ci il noyabrın 10-da imzalanmışÜçtərəfli Bəyanatrəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu”
10-11-2022, 16:22
Cavanşir Feyziyev: Şuşanın azad edilməsi Qarabağın düşməndən xilası uğrunda mübarizənin son akkordu oldu
10-11-2022, 12:51
Deputatlardan Azərbaycan gəncliyinə MƏSLƏHƏT
10-11-2022, 10:19
Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”
9-11-2022, 15:55
Erməni havadarlarına qəti cavab –VİDEO
9-11-2022, 11:19
Kamaləddin Qafarov: “Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq!”
8-11-2022, 13:51
Zəfər dolu 44 gün
8-11-2022, 10:17
Dövlət Bayrağı Gününə sevgi
7-11-2022, 15:26
Şəhid leytenantın ailəsi ziyarət olundu
7-11-2022, 14:02
Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə ziyarətini davam etdirir
7-11-2022, 11:43
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
7-11-2022, 11:13
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”
6-11-2022, 21:25
Səbinə Xasayeva Zəfər Gününə həsr olunan mərasimdə iştirak edib – FOTO
6-11-2022, 20:54
Kamaləddin Qafarov: “Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı genişlənəcək”
6-11-2022, 11:29
Əvvəlcə söz olub…
5-11-2022, 12:46
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR
5-11-2022, 12:32
“Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” kitabı nəşr edildi
5-11-2022, 11:24
Quruculuq işlərində də Zəfər qazanılacaq
5-11-2022, 10:51
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
4-11-2022, 23:13
Azərbaycan bundan sonra da bəşəri dövlətlərin sırasında olacaq
4-11-2022, 11:52
" Azərbaycan ərazilərini özü bərpa edəcək" - Millət vəkili