
Quruculuq işlərində də Zəfər qazanılacaq

Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan həm də güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Azərbaycan dövləti münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlament,İslam Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar qətnamələr qəbul edib. Bütün bunlar münaqişənin həlli üçün hüququ əsaslardır.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
Ermənistan sülh danışıqlarından yayınır, regionda status-kvonu saxlamağa çalışırdı. Həm də müxtəlif miqyaslı təxribatlar törətməyə səy göstərirdi. Azərbaycan Ordusu belə təxribatların qarşısını qətiyyətlə alırdı.
Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutuldu. Ordu hissələrimiz düşmənin bu hərbi əməliyyatının qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüş əmri ilə əks-hücum əməliyyatı başladı. Bu, İkinci Qarabağ müharibəsi, mahiyyəti etibarilə Vətən müharibəsi idi.
Müharibə başladı. Azərbaycan Ordusu düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, yeniləşdirdiyi müdafiə sədlərini darmadağın etdi. Döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü.
Müharibə müddətində məktəblilərin döyüşən orduya mənəvi dəstəyi döyüşçülərin qələbə ruhunu daha da artırırdı. Vətən müharibəsində Azərbaycan əsgərinin qazandığı hərbi uğurlar xalqın qələbə inamının haləsi idi sanki…
İkinci Qarabağ müharibəsi xalqın müharibəsi idi. Hamı döyüşlırə can atırdı. Ehtiyac olmadığına görə arzulayanların hamısı döyüşə aparılmırdı. Xalq ruhən döyüşənlərin sırasında idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: “Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”. Haqq savaşı Vətən müharibəsi idi və bu müharibə Azərbaycan əsgərini Zəfərə yxınlaşdırırdı.
Müharibənin ilk günündə Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri. Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri. Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər düşməndən təmizləndi. Bu, qalibiyyət yolunun başlanğıcı oldu…
Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı rayonları işğaldan azad edildi.
Noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildi. Şuşa uğrunda döyüşlər son on illərin ən heyrətləndirici döyüşlərindən biri olub. Döyüşçülər sərt qayalardan, dağlıq massivlərdən keçərək, yaralıları da, şəhidləri də özləri ilə apararaq döyüşə-döyüşə Şuşya daxil oldular. Şuşa işğaldan azad edildi.
Noyabrın 10-da üçtərəfli Bəyanat imzalandı. Bu, Azərbaycanın qalibiyyət, Ermənistanın məğlubiyyət sənədi oldu…
Azərbaycan Ordusu Zəfər qazandı…
Zəfər Gününün təsis edilməsi haqda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Noyabrın 10-nun Türkiyədə Mustafa Kamal paşa Atatürkün anım ğunun nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Bu Zəfər işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin aparılmasının da başlanğıcı oldu. Döyüşdə Zəfər qazanan xalqımız quruculuq işlərində də böyük zəfər qazanacaqdır…
Səbinə Xasayeva,
Milli Məclisin deputatı
12-11-2022, 13:54
Naxçıvan daha bir alimini itirdi- Həmid Arzulu 83 yaşında dünyasın dəyişdi
12-11-2022, 12:04
Kamaləddin Qafarov: “ Konstitusiyamız milli maraqların təmin olunmasına xidmət edir”
12-11-2022, 11:50
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
11-11-2022, 17:47
“Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”
11-11-2022, 12:40
“Ermənistan və havadarları Əliyevin sərt ritorikasından nəticə çıxarmalıdır”
11-11-2022, 12:22
Kamaləddin Qafarov: “Şuşa Zəfərimizin məhək daşıdır”
10-11-2022, 16:52
Deputat Jalə Əhmədova: “2020-ci il noyabrın 10-da imzalanmışÜçtərəfli Bəyanatrəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu”
10-11-2022, 16:22
Cavanşir Feyziyev: Şuşanın azad edilməsi Qarabağın düşməndən xilası uğrunda mübarizənin son akkordu oldu
10-11-2022, 12:51
Deputatlardan Azərbaycan gəncliyinə MƏSLƏHƏT
10-11-2022, 10:19
Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”
9-11-2022, 15:55
Erməni havadarlarına qəti cavab –VİDEO
9-11-2022, 11:19
Kamaləddin Qafarov: “Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq!”
8-11-2022, 13:51
Zəfər dolu 44 gün
8-11-2022, 10:17
Dövlət Bayrağı Gününə sevgi
7-11-2022, 15:26
Şəhid leytenantın ailəsi ziyarət olundu
7-11-2022, 14:02
Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə ziyarətini davam etdirir
7-11-2022, 11:43
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
7-11-2022, 11:13
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”
6-11-2022, 21:25
Səbinə Xasayeva Zəfər Gününə həsr olunan mərasimdə iştirak edib – FOTO
6-11-2022, 20:54
Kamaləddin Qafarov: “Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı genişlənəcək”
6-11-2022, 11:29
Əvvəlcə söz olub…
5-11-2022, 12:46
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR
5-11-2022, 12:32
“Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” kitabı nəşr edildi
5-11-2022, 11:24
Quruculuq işlərində də Zəfər qazanılacaq
5-11-2022, 10:51
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
4-11-2022, 23:13
Azərbaycan bundan sonra da bəşəri dövlətlərin sırasında olacaq
4-11-2022, 11:52
" Azərbaycan ərazilərini özü bərpa edəcək" - Millət vəkili