Əvvəlcə söz olub…
Gündəm
Oxunub: 22
6 Kas 2022 | 11:29
Əvvəlcə söz olub…“Əvvəlcə söz olub. Söz Onunla olub. Sonra söz O olub”. Sözə verilən bu böyük qiymət möcüzə dəyərindədir və biz hər gün bu möcüzənin şahidi oluruq.

96 il öncə Bakının küçə və meydanlarında quraşdırılmış səs gücləndiricilərdən o zəmanadək heç vaxt səslənməmiş 2 söz eşidildi. “Danışır Bakı”. Möcüzə kimi qarşılanan bu iki söz insanlarda həm maraq, həm də heyranlıq doğururdu. Bu sözləri eşidən hər kəs ayaq saxlayıb Bakının nə danışdığını, necə danışdığını və kimlər üçün danışdığını anlamağa çalışırdı. Sonra bu sehrli sözlər hər gün təkrarlanmağa başladı. Qulaqlar “Danışır Bakı” ifadəsinə o qədər heyran olmuşdu ki, artıq hər gün Bakının danışmağını səbirsizliklə gözləyirdilər. Beləcə düz 30 il Bakı danışmağa, insanları ölkəmizdə və dünyada baş verən hadisələrdən agah etməyə davam etdi. Bakı mədəniyyətimizin qədimliyini, incəsənətimizin gözəlliyini, təbiətimizin füsunkarlığını, musiqimizin ecazkarlığını, ədəbiyyatımızın milliliyini onu dinləyənlərin evinə gətirdi, təfəkkürünə hopdurdu. Ənənəvi yollarla bir ömürdə eşidilməsi və öyrənilməsi mümkün olmayan çox mətləblər danışıla-danışıla aydınlaşdı, öyrənildi, insanların həyatında, düşüncəsində və yaşamında böyük dəyişikliklər yaratdı. İnsanlar cəmi iki sözlə – “Danışır Bakı” sözləri ilə başlayan möhtəşəm yeni dövrə adladılar. Hər gün bu iki möcüzəli sözün ardınca artıq adiləşmiş qutulardan gələn doğma səsləri səbirsizliklə gözləyir və sevinclə dinləyirdilər. 30 il sonra artıq hamı tərəfindən sevilən bu iki sözə daha 2 söz əlavə olundu. “Göstərir Bakı”. Bu da bir möcüzə idi. Eşidilən səslər möcüzə kimi şəkillənib insanların evlərinə, ailələrinə ayaq açdı. İndi danışanları görmək, danışılanları isə eşitmək daha asan olmuşdu. Beləcə Azərbaycan radiosu və televiziyası doğuldu, böyüdü, yaşlandı və zənginləşdi.
Bu gün nə radio, nə də televiziya ilə heç kimi təəccübləndirmək mümkün deyil. Amma onlar əvvəlki sehrini və möcüzəsini qoruyub saxlamaqda, yenə də hər gün, hər gecə milyonlarla insanı öz qarşısıına toplayıb onları dinləməyə və baxmağa sövq etməyə davam edir. Hər sehrin bir sehrbazı, hər möcüzənin də bir möcüzü olmalıdır. 96 ildir ki, biz onları dinləyir və 66 ildir ki, biz onları görə bilirik. Kimdir onlar? Onlar doğrudan da sehr və möcüzə yaradanlardır. Aralarında tanıdıqlarımız və sevdiklərimiz də var, gözə görünməyənləri, heç vaxt üzlərini heç kimə göstərməyənləri , amma eyni dərəcədə sevilənləri də var. Onlar Azərbaycan Televizyası və Radiosunun fədakar işçiləridir. Tutduğu vəzifədən, gördüyü işlərdən asılı olmayaraq hamısının hməqsədləri birdir – onları dinləyənləri və onlara baxanları öz möcüzələri ilə məmnun etmək.
Çoxsaylı radiolarımızn dinləyicisi və çoxsaylı telekanallarımızın tamaşaçısı kimi öz fədakar əməyi ilə bizə sevinc gətirən və bizi daim məmnun etməyə çalışan bütün tele-radio işçilərini onların peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, onlara davamlı yaradıcılıq uğurları və firavan həyat arzulayıram.

Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru
12-11-2022, 13:54
Naxçıvan daha bir alimini itirdi- Həmid Arzulu 83 yaşında dünyasın dəyişdi
12-11-2022, 12:04
Kamaləddin Qafarov: “ Konstitusiyamız milli maraqların təmin olunmasına xidmət edir”
12-11-2022, 11:50
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
11-11-2022, 17:47
“Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”
11-11-2022, 12:40
“Ermənistan və havadarları Əliyevin sərt ritorikasından nəticə çıxarmalıdır”
11-11-2022, 12:22
Kamaləddin Qafarov: “Şuşa Zəfərimizin məhək daşıdır”
10-11-2022, 16:52
Deputat Jalə Əhmədova: “2020-ci il noyabrın 10-da imzalanmışÜçtərəfli Bəyanatrəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu”
10-11-2022, 16:22
Cavanşir Feyziyev: Şuşanın azad edilməsi Qarabağın düşməndən xilası uğrunda mübarizənin son akkordu oldu
10-11-2022, 12:51
Deputatlardan Azərbaycan gəncliyinə MƏSLƏHƏT
10-11-2022, 10:19
Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”
9-11-2022, 15:55
Erməni havadarlarına qəti cavab –VİDEO
9-11-2022, 11:19
Kamaləddin Qafarov: “Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq!”
8-11-2022, 13:51
Zəfər dolu 44 gün
8-11-2022, 10:17
Dövlət Bayrağı Gününə sevgi
7-11-2022, 15:26
Şəhid leytenantın ailəsi ziyarət olundu
7-11-2022, 14:02
Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə ziyarətini davam etdirir
7-11-2022, 11:43
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
7-11-2022, 11:13
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”
6-11-2022, 21:25
Səbinə Xasayeva Zəfər Gününə həsr olunan mərasimdə iştirak edib – FOTO
6-11-2022, 20:54
Kamaləddin Qafarov: “Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı genişlənəcək”
6-11-2022, 11:29
Əvvəlcə söz olub…
5-11-2022, 12:46
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR
5-11-2022, 12:32
“Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” kitabı nəşr edildi
5-11-2022, 11:24
Quruculuq işlərində də Zəfər qazanılacaq
5-11-2022, 10:51
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
4-11-2022, 23:13
Azərbaycan bundan sonra da bəşəri dövlətlərin sırasında olacaq
4-11-2022, 11:52
" Azərbaycan ərazilərini özü bərpa edəcək" - Millət vəkili