Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
Gündəm
Oxunub: 19
7 Kas 2022 | 11:43
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunubQırğız Respublikasının Milli Elmlər Akademiyasında Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil olunmuş elmi konfrans keçirilib. Elmi konfransda Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dünyası” adlı beşcildlik əsərlər toplusu qırğız dilində təqdim olunub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Qırğız Respublikası parlamentinin sabiq spikeri Mədətxan Şerimkulov, Beynəlxalq Türk Akademiyasının prezidenti vəzifəsini icra edən Füzuli Məcidli, Azərbaycan Respublikasının Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğız Milli Universitetinin rektoru Tolobek Abdrahmanov, Tarix, Arxeologiya və Etnologiya İnstitutunun direktoru Ablabek Asanbekov, Qırğız Respublikası Prezident Administrasiyasının təmsilçisi Şazada Tumenbayev və türk ölkələrinin bu ölkədə fəaliyyət göstərən səfirliklərinin nümayəndələri, tanınmış alimlər və ictimai-siyasi xadimlər iştirak ediblər. Çıxış edən ekspertlər Cavanşir Feyziyevin 5 cilddən ibarət “Türk Dünyası” toplusunun hər bir kitabı barədə ətraflı məruzə ilə çıxış ediblər.

Qeyd olunub ki, “Türk sivilizasiyasının təməl prinsipləri” adlanan 1-ci cilddə ümumtürk mədəniyyətinin, siyasət və diplomatiyasının, eləcə də türk xalqlarının həyat tərzi və adət-ənənələrinin tarixi inkişaf mərhələləri öz əksini tapıb.

“Türk xalqları” adlanan 2-ci cild qədim türk tayfalarından müasir türk cəmiyyətlərinə qədər tarixi inkişaf proseslərində türk etnogenezi və etnocoğrafiyasının təhlilinə həsr edilib.

Əsərlər toplusunun 3-cü cildi qədim türklərin ilkin dövlətçilik ənənələrindən başlayaraq türk imperiyalarına və türk dövlətlərinin müstəqillik tarixinə qədər keçdiyi təkamül yolunu, eləcə də müasir müstəqil türk dövlətləri arasında inkişaf etməkdə və genişlənməkdə olan qarşılıqlı münasibətləri əhatə etməklə türk dövlətçilik tarixinin geniş təhlilinə həsr olunub.

Toplunun dördüncü cildində türkşünaslığın müasir problemlərindən və türk dünyasının inkişaf perspektivlərindən bəhs edilir. Beşinci cilddə isə türk dünyasının dövlətçilik, siyasət, elm, mədəniyyət və ədəbiyyat sahəsində inkişafına böyük töhfələr vermiş görkəmli şəxsiyyətləri haqqında geniş və hərtərəfli məlumatlar verilir.

Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dünyası” beşcildliyi daha öncə digər türk dillərinə də tərcümə olunaraq yayımlanmışdı. Əsərləri qırğız dilinə tərcümə edən isə görkəmli türkoloq-alim Kadıralı Konkobayev olub.

Təqdimat mərasimində çıxış edən müəllif Cavanşir Feyziyev türk dünyasının inkişaf perspektivləri ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüb, apardığı elmi tədqiqatlarla bağlı sualları cavablandırıb, təqdimat konfransının təşkilinə və onun əsərlərinə göstərilən marağa görə Qırğız Respublikasının Milli Elmlər Akademiyasına, Beynəlxalq Türk Akademiyasına və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
12-11-2022, 13:54
Naxçıvan daha bir alimini itirdi- Həmid Arzulu 83 yaşında dünyasın dəyişdi
12-11-2022, 12:04
Kamaləddin Qafarov: “ Konstitusiyamız milli maraqların təmin olunmasına xidmət edir”
12-11-2022, 11:50
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
11-11-2022, 17:47
“Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”
11-11-2022, 12:40
“Ermənistan və havadarları Əliyevin sərt ritorikasından nəticə çıxarmalıdır”
11-11-2022, 12:22
Kamaləddin Qafarov: “Şuşa Zəfərimizin məhək daşıdır”
10-11-2022, 16:52
Deputat Jalə Əhmədova: “2020-ci il noyabrın 10-da imzalanmışÜçtərəfli Bəyanatrəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu”
10-11-2022, 16:22
Cavanşir Feyziyev: Şuşanın azad edilməsi Qarabağın düşməndən xilası uğrunda mübarizənin son akkordu oldu
10-11-2022, 12:51
Deputatlardan Azərbaycan gəncliyinə MƏSLƏHƏT
10-11-2022, 10:19
Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”
9-11-2022, 15:55
Erməni havadarlarına qəti cavab –VİDEO
9-11-2022, 11:19
Kamaləddin Qafarov: “Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq!”
8-11-2022, 13:51
Zəfər dolu 44 gün
8-11-2022, 10:17
Dövlət Bayrağı Gününə sevgi
7-11-2022, 15:26
Şəhid leytenantın ailəsi ziyarət olundu
7-11-2022, 14:02
Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə ziyarətini davam etdirir
7-11-2022, 11:43
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
7-11-2022, 11:13
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”
6-11-2022, 21:25
Səbinə Xasayeva Zəfər Gününə həsr olunan mərasimdə iştirak edib – FOTO
6-11-2022, 20:54
Kamaləddin Qafarov: “Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı genişlənəcək”
6-11-2022, 11:29
Əvvəlcə söz olub…
5-11-2022, 12:46
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR
5-11-2022, 12:32
“Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” kitabı nəşr edildi
5-11-2022, 11:24
Quruculuq işlərində də Zəfər qazanılacaq
5-11-2022, 10:51
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
4-11-2022, 23:13
Azərbaycan bundan sonra da bəşəri dövlətlərin sırasında olacaq
4-11-2022, 11:52
" Azərbaycan ərazilərini özü bərpa edəcək" - Millət vəkili