Dövlət Bayrağı Gününə sevgi
Gündəm
Oxunub: 23
8 Kas 2022 | 10:17
Dövlət Bayrağı Gününə sevgiDövlət bayrağı müstəqil dövlətin atributlarındandır.

Tarix təsdiqləyir ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb, 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Rus imperiyası Azərbaycan Demokratik Cümhuriyyətini ilhaq edəndən sonra bu bayraaq rəsmi atribut olaraq tarixdən çıxdı. Lakin müvəqqəti. Xalq azadlığı uğrunda mübarizəni tarixə təhvil verməyəcəkdi. Bu mübarizə ötən əsrin sonlarında daha da genişləndi. İmperiya dövləti ilhaq etmişdi, xalqın mübarizə əzmini ilhaq etməyə qətiyyən gücü çatmazdı. Həm də Azərbaycan xalqı kimi mübariz bir xalqın mübarizə əzmini!

Azərbaycanda milli azadlıq hərəkatı siyasi qadağalara məhəl qoymadan ruhun tələbləri səviyyəsinə yüksəldi. Onda üçrəngli bayrağımız Meydanda dalğalanmağa başladı. Xalq dalğa­lan­dırdı. Dünya ictimaiyyəti də, ADR-i ilhaq etmiş imperiya da gördü və əmin oldu ki, Azər­bay­can azadlığının mücahididir. 70 il ruhunda yaşatdığı bayrağa sevgisi xalqın mübarizə əzminni haləsi idi…

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi…

Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldır­dı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi fikirlər gənclərin də, yeni­yet­mələrin də həyat amalının işığıdır: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bi­zim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdik­dən sonra Azərbaycanın Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətən­daş­ları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cüm­hu­riyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli – mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir”.

Dövlət bayrağımızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə böyük qürurla dalğalandırdı. Hamı, hamı əmin oldu ki. Azərbaycanın dövlət bayrağı heç zaman ucalıqlardan enməyəcək! Bu əmin­lik həm də 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə sevginin əmin­li­yidir…

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı
12-11-2022, 13:54
Naxçıvan daha bir alimini itirdi- Həmid Arzulu 83 yaşında dünyasın dəyişdi
12-11-2022, 12:04
Kamaləddin Qafarov: “ Konstitusiyamız milli maraqların təmin olunmasına xidmət edir”
12-11-2022, 11:50
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
11-11-2022, 17:47
“Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”
11-11-2022, 12:40
“Ermənistan və havadarları Əliyevin sərt ritorikasından nəticə çıxarmalıdır”
11-11-2022, 12:22
Kamaləddin Qafarov: “Şuşa Zəfərimizin məhək daşıdır”
10-11-2022, 16:52
Deputat Jalə Əhmədova: “2020-ci il noyabrın 10-da imzalanmışÜçtərəfli Bəyanatrəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu”
10-11-2022, 16:22
Cavanşir Feyziyev: Şuşanın azad edilməsi Qarabağın düşməndən xilası uğrunda mübarizənin son akkordu oldu
10-11-2022, 12:51
Deputatlardan Azərbaycan gəncliyinə MƏSLƏHƏT
10-11-2022, 10:19
Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”
9-11-2022, 15:55
Erməni havadarlarına qəti cavab –VİDEO
9-11-2022, 11:19
Kamaləddin Qafarov: “Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq!”
8-11-2022, 13:51
Zəfər dolu 44 gün
8-11-2022, 10:17
Dövlət Bayrağı Gününə sevgi
7-11-2022, 15:26
Şəhid leytenantın ailəsi ziyarət olundu
7-11-2022, 14:02
Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə ziyarətini davam etdirir
7-11-2022, 11:43
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
7-11-2022, 11:13
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”
6-11-2022, 21:25
Səbinə Xasayeva Zəfər Gününə həsr olunan mərasimdə iştirak edib – FOTO
6-11-2022, 20:54
Kamaləddin Qafarov: “Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı genişlənəcək”
6-11-2022, 11:29
Əvvəlcə söz olub…
5-11-2022, 12:46
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR
5-11-2022, 12:32
“Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” kitabı nəşr edildi
5-11-2022, 11:24
Quruculuq işlərində də Zəfər qazanılacaq
5-11-2022, 10:51
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
4-11-2022, 23:13
Azərbaycan bundan sonra da bəşəri dövlətlərin sırasında olacaq
4-11-2022, 11:52
" Azərbaycan ərazilərini özü bərpa edəcək" - Millət vəkili