Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
Gündəm
Oxunub: 24
12 Kas 2022 | 11:50
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR  Şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə diqqət və qayğı deputat Cavanşir Feyziyevin çoxşaxəli fəaliyyətinin tərkib hissəsidir. Millət vəkili hər dəfə Şəkiyə gələndə bir qayda olaraq bu qəbildən olan insanlarla görüşüb hal-əhval tutur, onların sosial-məişət problemləri ilə maraqlanır və lazımi dəstəklər göstərir. Zəfər Bayramı günlərində deputat seçki dairəsinin bir çox yaşayış məntəqələrində öz seçiciləri ilə görüşüb. Şəkinin Baş Zəyzid kəndi Qarabağ müharibəsi zamanı 10 şəhid verib. Şəhidlərin hamısı hörmət və ehtiramla doğma yurdda torpağa tapşırılıb.

Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR

Şəhid ailələri tərəfindən öz imkanlarına uyğun şəkildə qoyulmuş qəbirüstü abidələr istifadə olunan materialına və ölçülərinə görə müxtəlif idi və bir qismi zaman keçdikcə aşınmaya məruz qalaraq əvvəlki görkəmini itirmişdi. Şəhidlərin dəfn edildiyi ərazi qəbiristanlığın digər ərazilərindən seçilmirdi. Bu ilin yay aylarında Baş Zəyzid kəndində seçicilərlə görüşən deputat həm də şəhidlərin qəbirlərini ziyarət etmiş və şəhid qəbiristanlığının yenidən qurulması ilə bağlı təşəbbüs göstərmişdi. Kənddəki şəhid ailələri deputatın təşəbbüsünü məmnuniyyətlə qəbul etmiş və dəstəkləmişdilər. Keçən 4 ay ərzində deputat C. Feyziyev tərəfindən göndərilmiş mütəxəssislər əraziyə baxış keçirmiş, kənd ağsaqqalları ilə məsləhətləşərək qəbirüstü abidələrin şəhidlərin adına layiq şəkildə, standart ölçüdə, qara mərmərdən hazırlanması, qəbirüstü abidə üzərində şəhidlərin hərbi geyimdə surətlərinin əks olunması və 800 kv.metrlik ərazinin abadlaşdırılması üzrə layihə hazırlamışdılar. Layihə bütövlükdə deputat C. Feyziyev tərəfindən maliyyələşdirilmişdir.

Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR

Abidə Kompleksinin tikintisi və ərazinin abadlaşdırılması Zəfər Bayramı ərəfəsində başa çatdırılmışdır. Abidə Kompleksinin ətrafına daş örtük salınmış, ətrafına bəzək ağacları, gül kolları əkilmiş, ərazi geniş bir parka çevrilmişdir. 10 noyabr 2022 – ci il tarixdə deputat C. Feyziyev Baş Zəyzid kəndinə gələrək əvvəlcə şəhid ailələri ilə görüş keçirmiş, onların problemləri və qayğıları ilə maraqlanmış və dövlətimizin daim onların yanında olacağını bildirmişdir. Görüşdə şəhid ailələri ilə yanaşı kənd ağsaqqalları və ziyalıları, Vətən müharibəsi iştirakçıları, icra nümayəndəsi və bələdiyyə sədri də iştirak etmişlər. 2 saata yaxın davam edən görüşdən sonra deputat görüş iştirakçıları ilə birlikdə yeni tikilmiş abidə kompleksinə gələrək, orada toplaşan kənd ictimaiyəti qarşısında çıxış etmiş, kənd sakinlərini Zəfər Bayramı və Bayraq günü münasibətilə təbrik etmiş, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğı və diqqətdən danışmışdır. Böyük ruh yüksəkliyi ilə keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və kənd ictimayətinin nümayəndələri çıxış etmiş, göstərilən qayğı və diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda hərbi marş sədaları altında şəhidlərin abidələri üzərinə gül dəstələri və tər qərənfillər düzülmüşdür.
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
12-11-2022, 13:54
Naxçıvan daha bir alimini itirdi- Həmid Arzulu 83 yaşında dünyasın dəyişdi
12-11-2022, 12:04
Kamaləddin Qafarov: “ Konstitusiyamız milli maraqların təmin olunmasına xidmət edir”
12-11-2022, 11:50
Baş Zəyziddə yeni Şəhidlər Xiyabanı salınıb – FOTOLAR
11-11-2022, 17:47
“Prezidentin Şuşadakı bəyanatlarına dəfələrlə qulaq asıb nəticə çıxarsınlar”
11-11-2022, 12:40
“Ermənistan və havadarları Əliyevin sərt ritorikasından nəticə çıxarmalıdır”
11-11-2022, 12:22
Kamaləddin Qafarov: “Şuşa Zəfərimizin məhək daşıdır”
10-11-2022, 16:52
Deputat Jalə Əhmədova: “2020-ci il noyabrın 10-da imzalanmışÜçtərəfli Bəyanatrəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu”
10-11-2022, 16:22
Cavanşir Feyziyev: Şuşanın azad edilməsi Qarabağın düşməndən xilası uğrunda mübarizənin son akkordu oldu
10-11-2022, 12:51
Deputatlardan Azərbaycan gəncliyinə MƏSLƏHƏT
10-11-2022, 10:19
Kamaləddin Qafarov: “Üçtərəfli Bəyanat Azərbaycanın qələbəsinin parlaq sübutudur”
9-11-2022, 15:55
Erməni havadarlarına qəti cavab –VİDEO
9-11-2022, 11:19
Kamaləddin Qafarov: “Bayrağımız hər zaman zirvələrdə dalğalanacaq!”
8-11-2022, 13:51
Zəfər dolu 44 gün
8-11-2022, 10:17
Dövlət Bayrağı Gününə sevgi
7-11-2022, 15:26
Şəhid leytenantın ailəsi ziyarət olundu
7-11-2022, 14:02
Milli Məclisin deputatı Səbinə Xasayeva Zəfər Günü ərəfəsində şəhid ailələrinə ziyarətini davam etdirir
7-11-2022, 11:43
Azərbaycanlı müəllifin elmi əsərləri Qırğızıstanda təqdim olunub
7-11-2022, 11:13
Kamaləddin Qafarov: “Zəfərin arxitektoru Ali Baş Komandan, iqtidar-xalq birliyi və Müzəffər Ordu idi”
6-11-2022, 21:25
Səbinə Xasayeva Zəfər Gününə həsr olunan mərasimdə iştirak edib – FOTO
6-11-2022, 20:54
Kamaləddin Qafarov: “Azərbaycanın ərəb dünyası ilə əməkdaşlığı genişlənəcək”
6-11-2022, 11:29
Əvvəlcə söz olub…
5-11-2022, 12:46
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib-FOTOLAR
5-11-2022, 12:32
“Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” kitabı nəşr edildi
5-11-2022, 11:24
Quruculuq işlərində də Zəfər qazanılacaq
5-11-2022, 10:51
Millət vəkili “Zəfər günü” tədbirində iştirak etdi -Fotolar
4-11-2022, 23:13
Azərbaycan bundan sonra da bəşəri dövlətlərin sırasında olacaq
4-11-2022, 11:52
" Azərbaycan ərazilərini özü bərpa edəcək" - Millət vəkili